“Şəfəq” Ekoturizm ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra edilən “Kənd yerlərində aqroturizmin təbliği” layihəsi çərçivəsində 27 və 28 iyun 2026-cı il tarixində İsmayıllı rayonuna İnfotur təşkil edilib.
İnfotur proqramında xüsusi müraciət forması əsasında müəyyən
edilmiş Turizm şirkətlərinin nümayəndələri, QHT təmsilçiləri və müxtəlif sahələrdə
çalışan təbliğat prosesinə töhfə verə bilən ümumilikdə 20 nəfər iştirakçı təmsil
olunub.
Infoturun
birinci günü layihənin məqsədi, hədəfləri, aqroturizmin inkişaf prespektivləri,
infoturun proqramı ilə bağlı birliyin prezidenti, layihə rəhbəri Vamiq Babayev
tərəfindən geniş məlumat verilib. Daha sonra proqrama uyğun rus-malakan
icmasının kompakt yaşadığı yaşayış məntəqələrindən biri olan İsmayıllı rayonun İvanovka
kəndinə səfər edilib. Səfər çərçivəsində kənddə arıçılıq, bağçılıq,
heyvandarlıq, şərab istehsalı məşğul olan Andrey
Antifeyev ilə görüş keçirilib. O, məşğul olduğu kənd təsərrüfatı məhsulları
ilə bağlı geniş, maraqlı məlumatlar verib və əyani tanışlıq üçün imkanlar
yaradıb. O, həmçinin iştirakçıları malakan mətbəx mədəniyyəti ilə tanış edib.
Növbəti görüş isə kənddə fəaliyyət göstərən Qədim Məkan adlanan ev muzeyində
keçirilib. Muzeyin təsisçisi Qurban Məmmədov
uzun illər ərzində böyük marqala topladığı çox saylı qədim kənd təsərrüfatı alətlərini,
müxtəlif məişət əşyaları, dəyərli tarixi eksponatları haqqında geniş məlumat
verib və şəxsi təşəbbüslə yaradılan məkanın kəndin, o cümlədən rayonun
tarixinin, mədəni irsinin, məişətinin gələcək nəsillər üçün əhəmiyyətini
vurğulayıb.
İnfoturun
ikinci günü İsmayıllı kənd təsərrüfatı məhsullarının satış bazarına getdikdən
sonra rayonun Təzəkənd kəndində fəaliyyət göstərən Lakeside Garden aqroturizm təsərrüfatına səfər edilib. Təsərrüfatın
rəhbəri Natiq Alızadə tərəfindən aqroturizm həyata keçirdiyi fəaliyyətlər, o
cümlədən düşərgələr, festivallar, təşkil edilən musiqi və kino gecələri,
balıqçılıq, heyvandarlıq, quşçuluq, bağçılıq haqqında geniş məlumat verilib və əyani
tanışlıq üçün şərait yaradılıb. Yekunda iştirakçılar Basqal qəsəbəsində olub və
Basqal Tarix-Mədəniyyət Qoruğunun
direktoru Ceyhun İsmayılov tərəfindən ərazinin tarixi-mədəni irsi, adət-ənənələri,
sənətkarlığı və geniş turizm imkanları haqqında məlumatlanıb. Sonra ərazidə tur
şəkil edilib və tarixi-mədəni irs nümunələri, o cümlədən XVI-XVII əsrə aid
Basqal Hamam Muzeyi ziyarət edilib.
Tədbirin
sonunda iştirakçılar infotur proqramının onlar üçün maraqlı olduğunu, eyni
zamanda kənd əhalisi üçün əhəmiyyətini qeyd edib və aqroturizm fəaliyyətinin inkişafında
layihə məqsədlərinə çatmaq üçün imkanları daxilində müvafiq təbliğat dəstəyinin
verilməsində iştirak edəcəklərini bildiriblər.
Qeyd edək
ki, layihənin məqsədi kənd təsərrüfatı potensialının turizm imkanları ilə
inteqrasiyasını təmin etməklə, kənd yerlərində dayanıqlı iqtisadi inkişafı,
yerli icmaların məşğulluğunu və gəlir səviyyəsini artırmaqdır.