İsmayıl Bəqai: ABŞ vasitəçilər vasitəsilə danışıqlara hazır olduğunu bildirib

İsmayıl Bəqai: ABŞ vasitəçilər vasitəsilə danışıqlara hazır olduğunu bildirib
13:57

ABŞ Pakistan və digər ölkələr vasitəsilə İrana danışıqlar aparmağı təklif edib.

News365.az-ın İRNA agentliyinin teleqram kanalına istinadən verdiyi xəbərə görə, bunu İran XİN-in sözçüsü İsmayıl Bəqai bildirib.

"Danışıqların sonuncu raundundan etibarən biz bəzi vasitəçilərdən, o cümlədən Pakistandan ABŞ-nin danışıqlara hazır olmasına dair mesajlar alırdıq", - o qeyd edib.

Bəqai bildirib ki, indiyədək İran tərəfi ABŞ ilə birbaşa təmasda olmayıb.

Bundan başqa, o, ABŞ-nin münaqişənin həlli üçün təklif etdiyi 15 bənddən ibarət planın qeyri-real olduğunu deyib.

"Müxtəlif adlar altında bizə ötürülən materiallar, məsələn, 15 bənd qeyri-real, məntiqsiz olmaqla yanaşı, özündə çoxsaylı tələbləri də ehtiva edirdi", - Bəqai vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada