Sosial şəbəkələrdə müzakirə olunan, AMEA-nın Prezidenti İsa Həbibbəyliyə çətir tutan şəxsin kimliyi bəlli olub.
News365.az konkret.az-a istinadla xəbər verir ki, bu şəxs AMEA Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədovdur.
O uzun müddət Akademiyanın vitse-prezidentin xidmətində çalışıb.
Qeyd edək ki, akademik İsa Həbibbəyli son illərdə davranışları və açıqlamaları ilə medianın diqqətindən yayınmır.
Bu dəfə o, 20 yanvar günündə əməkdaşının tutduğu çətirlə gündəm olub.
Xatırladaq ki, Prezident İlham Əliyev 20 yanvar şəhidlərinə ehtiramını bildirərkən çətirini özü tutmuşdu.
Sosial şəbəkələrdə dövlət başçısının bu addımı təqdir olunmuşdu.