İrəvanda silahlı insident: Bir nəfər ölüb

İrəvanda silahlı insident: Bir nəfər ölüb
12:56

Ermənistanın paytaxtı İrəvanda baş verən silahlı qarşıdurma ölümlə nəticələnib.

News365.az Ermənistan mediasına istinadən xəbər verir ki, hadisə elektron qolbaqla nəzarətdə olan şəxsin mənzilində baş verib.

Məlumata görə, iki nəfər həmin mənzilə daxil olmağa çalışıb. Ev sahibi silaha əl ataraq hücum edənlərdən birinə atəş açıb. Yaralanan şəxs xəstəxanaya aparılarkən yolda ölüb.

Polis hadisə yerində ev sahibini zərərsizləşdirib. Digər şəxsin harada olduğu və vəziyyəti barədə isə hələlik məlumat açıqlanmayıb.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada