İranlı hüquqşünaslar: İsrailin cinayətləri BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır

İranlı hüquqşünaslar: İsrailin cinayətləri BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır
18:30

 İsrailin cinayətləri BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır.

News365.az xəbər verir ki, bu barədə "İRNA" teleqram kanalında paylaşılıb.

Qeyd edilib ki, İranın müxtəlif universitetlərində çalışan 82 hüquq professoru və müəllimi birgə bəyanatla beynəlxalq ictimaiyyətə və akademik dairələrə müraciət edərək, İsrailin İran əleyhinə həyata keçirdiyi hərbi təcavüzü və beynəlxalq humanitar hüquq normalarını pozmasını sərt tənqid edib.

Bəyanatda vurğulanır ki, İsrailin güc tətbiqi ilə bağlı beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozması, xüsusilə də BMT Nizamnaməsinə və beynəlxalq hüququn imperativ norması hesab edilən müddəalara ziddir.


Sizin reklam burada
Sizin reklam burada