Bu gün səhər Tehranda Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxs (Yasin Hüseynzadə) Tehranda edam olunub.
News365.az xəbər verir ki, bu barədə Trend İranın Məhkəmə Sisteminin informasiya portalına istinadən məlumat yayıb.
Qeyd edək ki, 27 yanvar 2023 tarixində Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı terror aktı törədilib. Terror aktı nəticəsində Səfirliyin bir əməkdaşı şəhid olub, iki əməkdaşı isə yaralanıb.