İranın Cənubi Xorasan əyalətinin Firdos şəhərində polis polkovniki Məhəmməd Saneipur odlu silahdan açılan atəş nəticəsində həlak olub.
News365.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.
Bildirilib ki, hadisə iki narkotik maddə qaçaqmalçısının həbsi zamanı baş verib.
Polkovnikə atəş açanlar həbs edilib.