İranda İsrailə məxsus vurulmuş PUA-nın qalıqları tapılıb

İranda İsrailə məxsus vurulmuş PUA-nın qalıqları tapılıb
27 İyn 2025 19:30

Xorrəmabad yaxınlığındakı Səfidkuh dağlarında yerli sakin tərəfindən İsrailin “Hermes” tipli vurulmuş pilotsuz uçuş aparatının qalıqları aşkarlanıb.

News365.az xəbər verir ki, PUA-nın İranın SEPAH Hava-Kosmik Qüvvələri tərəfindən vurulduğu bildirilir.

Cihazın əsasən kəşfiyyat məqsədilə istifadə olunduğu qeyd olunur. Qalıqlar aidiyyəti orqanlara təhvil verilib.


Sizin reklam burada
Sizin reklam burada