İranda 500 nəfər həbs edildi - Casusluqda ittiham olunurlar

İranda 500 nəfər həbs edildi - Casusluqda ittiham olunurlar
15 Mar 2026 23:50

İran polisi ölkədə 500 nəfərin casusluq şübhəsi ilə həbs edildiyini açıqlayıb.

News365.az xəbər verir ki, bu barədə İranın polis rəisi Əhmadrza Radan məlumat verib.

Radan bildirib ki, saxlanılanların yarısı ciddi hadisələrlə bağlıdır, o cümlədən siyahıya hədəflərin vurulması üçün məlumat verənlər və hücum yerlərinin görüntülərini çəkib göndərənlər daxildir.

İran hakimiyyəti bu əməliyyatları ölkənin daxili təhlükəsizliyini qorumaq məqsədi ilə izah edir.


Sizin reklam burada
Sizin reklam burada