İran prezidenti Məsud Pezeşkian ABŞ-ın Qətərdəki "Əl-Udeid" bazasına endirilən zərbələrdən sonra Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışığı keçirib və tezliklə şəxsi görüşə ümid etdiyini bildirib.
News365.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
“İran Qətərlə qarşılıqlı faydalı dostluq və qardaşlıq münasibətlərini genişləndirməyə çalışır və mən ümid edirəm ki, ilk fürsətdə sizinlə Dohada görüşəcəyəm və münasibətlərin yaxşılaşdırılması yollarını müzakirə edəcəyik", - Agentlik yazır.