"İran nüvə razılaşmasından çıxmağa hazırlaşır" - Zeynal Əmrəliyev

"İran nüvə razılaşmasından çıxmağa hazırlaşır" - Zeynal Əmrəliyev
14:34

İranla bağlı beynəlxalq gərginlik yenidən gündəmə gəlib. İran rəsmiləri MAG-T (Beynəlxalq Atom Enerjisi Agentliyi) ilə əməkdaşlığı dayandırmaq niyyətində olduqlarını açıqlayıblar. İranın tanınmış siyasi simalarından biri olan Əlil Avicani təşkilatın rəhbərini sərt şəkildə tənqid edərək, MAG-T-ni "tapşırıqları yerinə yetirən dəmir qurum" adlandırıb və bildirib ki, bu qurumla əməkdaşlıq dayandırılacaq.

Eyni zamanda İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Abbas Ərəbsi də Birləşmiş Ştatlarla nüvə məsələsi ətrafında dialoqun artıq başa çatdığını bəyan edib. Bu açıqlamalar fonunda İran parlamentində də yeni qərarlar hazırlanır. Məlumata görə, parlament artıq nüvə razılaşmasından (JCPOA) çıxmağa hazırlaşır.

İran qanunvericiliyinə əsasən, əvvəllər nüvə silahının əldə olunmasının qadağan edilməsi ilə bağlı qanunlar qəbul olunmuşdu. Bu yanaşma ölkənin ali lideri Ayətullah Əli Xameneinin nüvə silahının haram olduğuna dair verdiyi fətva ilə dəstəklənirdi. Lakin son dövrlərdə İranın hərbi və siyasi dairələri bu fətvanın hüquqi qüvvəsini sual altına alır və konvensiyalardan çıxmağı müdafiə edirlər.

Politoloq Zeynal Əmrəliyev məsələ ilə bağlı News365.az-a açıqlamasında bildirib ki, İran artıq faktiki olaraq nüvə silahı əldə etməyə yönəlik real addımlar ata bilər:

“İndiyə qədər İran rəsmi olaraq nüvə silahı əldə etmək niyyətində olmadığını bildirirdi və zənginləşdirmə fəaliyyətini yalnız enerji məqsədilə əsaslandırırdı. Ancaq son bəyanatlar göstərir ki, bu mövqe dəyişmək üzrədir. Əgər parlament razılaşmadan çıxarsa, İranın bu istiqamətdə sürətli və ciddi addımlar atması gözləniləndir”, – deyə politoloq vurğulayıb.

Beləliklə, İranla beynəlxalq qurumlar arasındakı münasibətlərdə növbəti gərgin mərhələyə qədəm qoyulub.


Sizin reklam burada
Sizin reklam burada