ABŞ hökuməti İrandan neft ixracının həcmini sıfıra endirmək üçün bu ölkəyə qarşı ən aqressiv sanksiya siyasətini tətbiq etmək niyyətindədir. Bunu ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahu ilə birgə mətbuat konfransında deyib.
“Biz İranın neft ixracını sıfıra endirmək və rejimin regionda və dünyada terrorizmi maliyyələşdirmək imkanlarını azaltmaq üçün bir daha mümkün olan ən aqressiv sanksiyalardan istifadə edəcəyik”, - Ağ Ev rəhbəri bildirib.
Tramp həmçinin İranı nüvə silahı olmayan “böyük və firavan bir ölkə” görmək istədiyini bildirib.
Tural