İran beynəlxalq aviareyslər üçün hava əlaqəsini qismən bərpa edib.
News365.az xəbər verir ki, bu barədə ölkənin Yol və Şəhərsalma Nazirliyinin rəsmi nümayəndəsi Məcid Əhvan məlumat verib.
“Ölkənin mərkəzi bölgəsi və qismən qərb hissəsi üzərində beynəlxalq mülki aviasiya reysləri üçün hava məkanı yenidən açılıb”, - Əhvan qeyd edib.
Qeyd edək ki, İsrail iyunun 13-də hərbi əməliyyata başladıqdan sonra İran hava məkanını bağlamışdı.