İran Avropaya “Nüvə Qapısını” bağladı

İran Avropaya “Nüvə Qapısını” bağladı
14:09

İran hakimiyyəti Böyük Britaniya, Almaniya və Fransa ilə nüvə proqramı üzrə danışıqları dayandırdığını açıqlayıb.

News365.az xəbər verir ki, Qərar “Avropa üçlüyü”nün BMT Təhlükəsizlik Şurasının İran əleyhinə sanksiyalarını bərpa etmək üçün “snapback” mexanizmini işə salması səbəbindən verilib.

İran Xarici İşlər Nazirliyinin müavini Səid Xətibzadə bildirib ki, nüvə proqramı ilə bağlı Avropa ölkələri ilə dialoq artıq mümkün deyil, çünki bu ölkələr beynəlxalq hüququn normalarına zidd hərəkət ediblər. Xətibzadə əlavə edib ki, digər sahələrdə Almaniya, Fransa və Britaniya ilə əlaqələr qalır, lakin nüvə məsələləri üzrə əməkdaşlıq dayandırılıb.

BMT Təhlükəsizlik Şurası sentyabrın 26-da Rusiya və Çin tərəfindən təqdim edilən və İranın nüvə proqramı ilə bağlı 2231 saylı qətnamənin müddətini altı ay uzatmağı nəzərdə tutan layihəni rədd edib. İki gün sonra isə Şura İrana qarşı sanksiyalar kompleksini yenidən qüvvəyə mindirib.

29 sentyabrda Avropa İttifaqı Şurası “Avropa üçlüyü”nün ardınca İrana qarşı bəzi məhdudiyyətləri qismən bərpa edib. Bu tədbirlər müəyyən şəxslərin Avropaya girişini qadağan etməyi, aktivlərin dondurulmasını, ticarət və bank fəaliyyətinə məhdudiyyətləri, həmçinin İran yük reyslərinin Avropa hava limanlarında xidmət almasını əhatə edir.

Ekspertlər hesab edirlər ki, İranın qərarı nüvə danışıqlarında yeni gərginlik yaratmaqla yanaşı, regionda siyasi və iqtisadi münasibətləri də təsir edə bilər.

News365.az


Sizin reklam burada
Sizin reklam burada