Milyarder İlon Mask Avropa İttifaqını suçladı

Milyarder İlon Mask Avropa İttifaqını suçladı
00:45

Avropa İttifaqı demokratiyanı dağıdır.

News365.az xəbər verir ki, milyarder İlon Mask sosial şəbəkə X-də Avropa İttifaqının Avropada demokratiyanı dağıtdığını bildirərək, İrlandiya və digər ölkələrin Avropa İttifaqından çıxmasının vacib olduğunu vurğulayıb.

Mask bu fikri İrlandiyanın Avropa İttifaqından çıxması barədə (IREXIT) yazılan paylaşıma şərh olaraq verib. Bu termin Böyük Britaniyanın Brexit prosesinə bənzətmə kimi istifadə olunur.

Qeyd edək ki, Avropa İttifaqının məhkəmələri İrlandiyanın sığınacaq axtaranlara mənzil təmin etməli olduğuna dair qərar qəbul edib, halbuki yerli məhkəmə orqanları bunun əleyhinə qərar çıxarmışdı. Bu məhkəmə qərarı İrlandiyada narazılıq yaradıb və məsələnin siyasi müzakirələrə səbəb olduğu bildirilir. 



Sizin reklam burada
Sizin reklam burada