İlk dərs günündə məktəbdə BIÇAQLANMA: 11-ci sinif şagirdi... - YENİLƏNİB

İlk dərs günündə məktəbdə BIÇAQLANMA: 11-ci sinif şagirdi... - YENİLƏNİB
16 Sen 2024 16:15

Goranboyda şagirdin həmkəndlisinə xəsarət yetirməsi məktəbdənkənar ərazidə baş verib.

News365.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, bu gün Goranboy rayon Səfikürd kənd tam orta məktəbin XI sinif şagirdi ilə digər kənd sakini arasında məktəbdənkənar ərazidə mübahisə yaşanıb: "Mübahisə zamanı şagird kənd sakininə xəsarət yetirib. Hazırda məsələ ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır".

***

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə Səfikürd kənd tam orta məktəbində qeydə alınıb.

Məktəbin 11-ci sinif şagirdi Musayev Ramal Röyal oğlu şagird yoldaşı Həsənəliyev Arif Elsevər oğluna bıçaqla xəsarət yetirib.

    Faktla bağlı araşdırma aparılır.


    Youtube kanalımız

    Oxşar xəbərlər