Saraçhane etirazları zamanı saxlanılan 87 nəfərə bəraət verilib.
News365.az xəbər verir ki, Saraçhanedə keçirilən etiraz aksiyalarına qatıldıqları iddiası ilə barələrində cinayət işi açılan 87 nəfər bu gün üçüncü dəfə məhkəmə qarşısına çıxarılıb.
Prosesdə prokuror təqsirləndirilən şəxslərin fəaliyyətlərinin “ifadə, fikir və toplantı-gösteri azadlığı çərçivəsində” olduğunu bildirərək bəraət tələb edib.
Məhkəmə prokurorluğun mövqeyini əsas götürərək bütün şəxslərin ayrı-ayrılıqda bəraətinə qərar verib.
Bununla da eyni məhkəmə iki gün ərzində ümumilikdə 99 nəfərə bəraət verib.