Azərbaycanda hazırda 5 rayon və şəhərə icra başçısı deyil, onların müavinləri rəhbərlik edir.
News365.az xəbər verir ki, bunlar Bakının Qaradağ rayonu, Naftalan, Naxçıvan şəhərləri, Gədəbəy və Naxçıvan Muxtar Respublikasının Culfa rayonlarıdır.
Buna səbəb həmin rayon və şəhərlərdə icra başçısının olmamasıdır.
Qaradağ Rayon İcra Hakimiyyətində icra başçısının səlahiyyətləri müvəqqəti olaraq birinci müavin Emil Abbasov icra edir.
Hazırda Gədəbəyə icra başçısının müavini Natiq Nağıyev rəhbərlik edir.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini başçının müavini, sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri Arzu Məmmədov yerinə yetirir.
Culfanın icra başçısı vəzifəsini müvəqqəti olaraq Sara Hüseynova icra edir.
Naxçıvan şəhərinin müvəqqəti rəhbəri isə icra başçısının birinci müavini Əhməd Vəliyevdir.