Husilər İsrailin bir neçə şəhərinə PUA-larla hücum ediblər

Husilər İsrailin bir neçə şəhərinə PUA-larla hücum ediblər
07 Sen 2025 21:45

Yəmənin “Ənsar Allah” hərəkatının üzvləri Təl-Əviv, Aşkelon, Aşdod və Eylat şəhərlərində, eləcə də Negev səhrasındakı İsrail hədəflərinə PUA-larla hücum edib.

News365.az xəbər verir ki, bu haqda husilərin sözçüsü Yəhya Sariya açıqlama verib. 

"Yəmən silahlı qüvvələri Negev, Umm ər-Rəşrəş (Eylat), Aşkelon, Aşdod və Yaffa (Tel-Əviv) bölgələrində müxtəlif hədəflərə hücum edərək, çoxsaylı pilotsuz təyyarələrdən istifadə etməklə genişmiqyaslı hərbi əməliyyat keçirib. Əməliyyat zamanı atılan PUA-lar İsrail və ABŞ hava hücumundan müdafiə sistemlərini uğurla keçərək yerinə çatıb.”, - o bildirib.


Sizin reklam burada
Sizin reklam burada