Yəməndən buraxılan pilotsuz uçuş aparatı (PUA) İsrailin cənubunda, Eylat şəhəri yaxınlığındakı Ramon hava limanının sərnişin terminalına düşüb.
Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə zamanı hava həyəcanı siqnalları işə düşməyib.
İnsidentlə bağlı araşdırma aparılır. Dağıntıların miqyası barədə əlavə məlumat verilməyib.
Qeyd olunur ki, gün ərzində Eylat hava limanı yalnız Təl-Əviv və Hayfa ilə daxili reysləri qəbul edib və həyata keçirib.