Rusiyanın “Zirkon” və “Kinjal” adlı hipersəs raketləri Amerikanın hazırladığı bu tip raketlərdən üstündür və ABŞ-ni silahlanma yarışında xeyli geridə qoyur. Bu barədə Amerikanın "19FortyFive" nəşri Vaşinqtonun texnoloji geriləməsi haqqında məqaləsində yazıb.
Nəşrin yazdığına görə, ABŞ hipersəs silahlarının yaradılması üzrə səylərini artırmaqda davam edir, lakin qanunvericilər və ekspertlər etiraf edirlər ki, Rusiya ilə Çin artıq bu istiqamətdə mühüm üstünlüyə nail olublar. 9 maxa qədər sürətə çata bilən "Zircon" ən sürətli dəniz əsaslı hipersəs raketi sayılır. Onun ilk döyüş istifadəsi freqat "Admiral Qorsşkov" tərəfindən qeydə alınıb.
"Hipersəs döyüş başlığına malik ballistik raket olan "Kinjal" 10 max (7600 mil/saat) sürətə çatır. Hər iki model Rusiya müdafiə sənayesinin üstünlüyünü nümayiş etdirir. "Zirkon"lar artıq Project 22350 freqatlarının, "Yasen-M" sualtı qayıqlarının və "Admiral Naximov" kreyserinin silahlanmasına inteqrasiya olunublar",- müəllif qeyd edib.
Tural