Avropadan Hindistana uçan "Lufthansa" təyyarəsi səmada döndükdən sonra hava limanına qayıdıb.
News365.az xəbər verir ki, bu barədə “The Economic Times” məlumat yaylb.
Məlumata görə, hadisə iyunun 15-də Frankfurtdan Heydərabada uçarkən baş verib.
Yerli hava limanının nümayəndəsi bildirib ki, onun həmkarları Avropa aviadaşıyıcısının təyyarəsində partlayış təhlükəsi ilə bağlı elektron məktub alıblar.
“Təhlükəsizliyə görə aviaşirkətə ilkin təyinat yerinə və ya ən yaxın münasib hava limanına qayıtmaq tövsiyə olunub",- deyə Hindistan hava limanının rəsmisi əlavə edib.