Hərbi liseyin müəllimi Culfada dəfn ediləcək - ÖLÜM SƏBƏBİ...

Hərbi liseyin müəllimi Culfada dəfn ediləcək - ÖLÜM SƏBƏBİ...
13:56

Xəbər verdiyimiz kimi, Naxçıvanda yerləşən Heydər Əliyev adına Hərbi Liseyin müəllimi Mətanət Eminova vəfat edib.

Mərhumun yaxınlarından verilən məlumata görə, o bu gün Muxtar Respublikanın Culfa rayonunda, Yaycı kəndində dəfn ediləcək.

Bildirilib ki, o bir neçə gün öncə beyninə qan sızması səbəbindən Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi.

Qeyd edək ki, o uzun müddət sözügedən hərbi təhsil müəssisəsində çalışmışdı. Kursantlar arasında vətənpərvərlik hissinin aşılanmasında, tədris etdiyi fənn üzrə yüksək naliyyətlər qazandığına görə bir neçə dəfə təltif edilmişdi.

Allah rəhmət eləsin!

Rəşid Muxtar

***

20.01.2025, 19:30

Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyin ingilis dili müəllimi Mətanət Eminova vəfat edib.

News365.az xəbər verir ki, bu barədə  sosial şəbəkədə paylaşım edilib.

Bildirilib ki, Mətanət Eminovanın beyninə qan sızıb.



Sizin reklam burada
Sizin reklam burada