Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məlumatlarına görə, pandemiyadan beş il keçməyinə baxmayaraq, ABŞ-da hər həftə Covid-19-dan 300-dən çox insan ölür.
News365.az bu barədə xarici mediaya istnadla xəbər verir.
Mütəxəssislər vurğulayıblar ki, Covid-19 artıq pandemiyadan əvvəlki qədər ölümcül deyil, lakin hələ də yaşlılar, immuniteti zəif olan insanlar və xroniki xəstəlikləri olanlar üçün ciddi təhlükə yaradır.
Mütəxəssislər virusun xüsusilə yüksək riskli qruplar üçün təhlükə yaratmağa davam etdiyini də xatırladıblar.
Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri peyvəndin müalicəyə çıxışın və Covid-19-un təsirini azaltması üçün vacib olduğunu bildirib.