HƏMAS bu axşam daha bir girovun meyitini geri qaytara bilər.
News365.az xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.
Məlumata görə, İsrail daha bir girovun meyitini qəbul etməyə hazırlaşır.
Bundan əvvəl HƏMAS-a yaxın mənbə mətbuata bildirib ki, sılahlılar Rəfahda İsrail Ordusunun leytenantı Hadar Qoldin olduğu ehtimal edilən daha bir meyit aşkarlayıblar.