"Heç bir tarixi şəxsiyyət müqəddəs deyil" - Politoloqdan şərh

"Heç bir tarixi şəxsiyyət müqəddəs deyil" - Politoloqdan şərh
14:07

Politoloq Tural Əliyev sosial şəbəkədə Osmanlı-Səfəvi müharibələri və tarixi hadisələrin müasir dövrün tələbləri çərçivəsində qiymətləndirilməsi ilə bağlı paylaşım edib.

News365.az xəbər verir ki, politoloqun fikirlərinə görə, heç bir tarixi şəxsiyyət müqəddəs deyil və onların fəaliyyəti konkret dövrün siyasi, ideoloji və geosiyasi reallıqları fonunda dəyərləndirilməlidir.

Əliyev bildirir ki, tarix boyunca saray daxilində emissarların fəaliyyəti adi hal olub və bu səbəbdən də bir çox tarixi münaqişələr yalnız nəticələri ilə tarixə düşüb: “İki qarşı-qarşıya duran şah və ordular bu gün şahmat taxtasında müzakirə mövzusuna çevrilib”.

O, tarixi mövzularda aparılan açıq siyasi müzakirələrin bəzən cəmiyyətdə qıcıq yaratdığını qeyd edərək vurğulayıb ki, toxunulmaz sayılan məsələlərə ehtiyatla yanaşmaq lazımdır: “Məqsəd vasitəyə haqq qazandıra bilər, lakin vasitələr müəyyən sərhədləri aşmamalıdır”.

Tarixə ekskurs edən politoloq Osmanlı-Səfəvi müharibəsini iki güclənməkdə olan imperiyanın və fərqli ideoloji cərəyanların toqquşması kimi dəyərləndirir. Onun fikrincə, xilafətin ən güclü dövrlərində belə İslam Avropaya tam yayıla bilməyib, bu proses İspaniyada dayanıb. Bu baxımdan o sual edir: “Niyə Şərq imperiyaları bir-biriləri ilə Şərq coğrafiyası uğrunda qanlı müharibələr aparıblar? Niyə Osmanlı Qərbə yürüşlərini yarımçıq qoyub, Səfəvilərin üzərinə gəlib?”

Tural Əliyev qeyd edir ki, artıq min ildir oxşar ssenarilər əsasında mübahisələr davam edir: “Şərq insanı məsələnin mahiyyətinə varmadan, kortəbii mübahisələrlə orta əsrlərin şinelindən çıxa bilmir”.

Politoloq hesab edir ki, tarixə emosional deyil, analitik yanaşma formalaşdırmaq zamanıdır


Sizin reklam burada
Sizin reklam burada