"Hansı imperiya güclüdürsə, yeni dünyanın ağası olacaqlar" - Politoloq

"Hansı imperiya güclüdürsə, yeni dünyanın ağası olacaqlar" - Politoloq
16 Sen 2024 14:20

"Artıq "dünya altında mən də varam" deyən dövlətlər meydana gəlib. "

Politoloq Əli Mustafa bunu News365.az-a deyib.

"Dünyanı idarə edən böyük güclər, imperiyalar var. Şərti olaraq BMT-nin üzvü olan 5 imperiya var və mübahisə onlar arasında gedir. Onlar ikinci dünya savaşından sonra görüşüb, razılaşmışdılar, dünyanı bölmüşdülər.  Amma indi yeni stuasiya, yeni dövlətlər yaranıb, əhali  çoxalıb. Artıq "dünya altında mən də varam" deyən dövlətlər meydana gəlib. Hindistan, Almaniya, Yaponiya, Brazilya və.s. dövlətlər 85 il bundan əvvəl olan bölgəyə razı deyil. Ona görə də dünyanı yenidən farmat etmək savaşı gedir. Hansı imperiya güclüdürsə, onlar yeni dünyanın ağası olacaqlar.  Rusiya da həmin o beşlərdən biri olaraq qalmaq istəyir və bunun üçün çalışır."- deyə fikirlərini bölüşüb. 

Vəfa Vəliyeva,  News365.az


Youtube kanalımız

Oxşar xəbərlər