Gürsel Tekin polis qoruması altında CHP İstanbul binasına girdi, etirazlar səngimir

Gürsel Tekin polis qoruması altında CHP İstanbul binasına girdi, etirazlar səngimir
08 Sen 2025 16:45

Gürsel Tekin polis mühafizəsi altında CHP İstanbul Vilayət Başqanlığı binasına daxil oldu.

News365.az xəbər verir ki, İstanbul 45-ci Asliye Hukuk Məhkəməsinin qərarı ilə CHP İstanbul Vilayət Başqanlığına kayyum təyin edilən Gürsel Tekin bu gün polis mühafizəsi altında partiya binasına daxil olub.

Bina ətrafında geniş təhlükəsizlik tədbirləri görülüb, CHP üzvlərinin girişləri əngəllənib. Millət vəkillərinə bibər qazı ilə müdaxilə edilib. Tekin polis ablukası altında binaya çataraq mətbuat açıqlaması verib və bu açıqlama zamanı etirazlarla qarşılanıb.

Eyni zamanda polis ablukasına etiraz edən bəzi sosial media istifadəçiləri ev basqınları ilə saxlanılıb. Saxlanılan şəxslər vəziyyəti X sosial media platformasında paylaşıblar.

News365.az


Sizin reklam burada
Sizin reklam burada