Gürcüstanın sabiq müdafiə nazirinə qarşı ittiham irəli sürüldü

Gürcüstanın sabiq müdafiə nazirinə qarşı ittiham irəli sürüldü
26 Dek 2025 23:24

Ötən gün saxlanılan Gürcüstanın sabiq müdafiə naziri Baço Axalayaya qarşı ittiham irəli sürülüb.

News365.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğundan bildirilib.

    Axalaya bu ilin oktyabrın 4-də bələdiyyə seçkiləri günündə Tbilisidə Gürcüstan prezidentinin sarayına basqın işi üzrə qrup halında zorakılığın təşkili və ona rəhbərlik etməkdə ittiham olunur.

    Törədilmiş cinayət əməllərinə görə 9 ilədək həbs cəzası nəzərdə tutulur.

    Baş Prokurorluq sabiq nazir barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.

    Qeyd edək ki, Baço Axalaya 2009-2012-ci illərdə Gürcüstanın müdafiə naziri olub. O, məhbuslara işgəncə vermək ittihamı ilə 2012-ci ildə həbs olunub və 9 il müddətinə azadlıqdan məhrum edilib, 2022-ci ilin martında azadlığa çıxıb.


    Sizin reklam burada
    Sizin reklam burada