Gürcüstanda yeni daxili işlər naziri təyin edilib

Gürcüstanda yeni daxili işlər naziri təyin edilib
30 Dek 2024 17:22

Şalva Tadumadze Gürcüstanın daxili işlər naziri, Vaxtanq Gomelauri isə nazirin müavini təyin edilib.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Şalva Tadumadze 2019-cu ildən bu günə qədər Gürcüstan Ali Məhkəməsinin sədr müavini vəzifəsini icra edib, eyni zamanda Ali Məhkəmənin müddətsiz təyin edilmiş hakimi olub.

"2018-2019-cu illərdə o, Gürcüstanın Baş Prokuroru vəzifəsində çalışıb, həmçinin Gürcüstan Hökumət Administrasiyasının rəhbəri vəzifəsində fəaliyyət göstərib.

Ş.Tadumadze 1998-ci ildə Tbilisi Humanitar İnstitutunu bitirərək hüquqşünas ixtisası alıb. 2006-cı ildə ümumi ixtisas üzrə vəkillik imtahanından keçib. 2006-2007-ci illərdə Tbilisi Siyasi Təhsil Məktəbində təhsil alıb", - məlumatda xatırladılıb.

Əlavə edilib ki, daxili işlər nazirinin yeni təyin olunmuş müavini Vaxtanq Gomelauri həm dövlət, həm də özəl sektorda uzunmüddətli iş təcrübəsinə malikdir.


Youtube kanalımız