Gürcüstanda təlimdə 2 amerikalı hərbçi yaralandı

Gürcüstanda təlimdə 2 amerikalı hərbçi yaralandı
13:41

Gürcüstanda təlimlər zamanı iki amerikalı hərbçi yaralanıb.

News365.az xəbər verir ki, bu barədə “Novosti Qruziya” məlumat yayıb.

Faktı Gürcüstan Müdafiə Nazirliyi də təsdiqləyib.

Hadisə ötən gün Krtsanisidəki NATO-Gürcüstan Birgə Təlim Mərkəzinin (JTEC) ərazisində baş verib. Hərbçilərin olduğu avtomobilin aşdığı bildirilir. Yaralananlar Tbilisidə klinikalardan birinə çatdırılıb. Klinikadan verilən məlumata görə, onlar ciddi xəsarət almayıblar və həyati təhlükələri yoxdur.

Qeyd edək ki, hazırda Krtsanisi poliqonunda “Agile Spirit” çoxmillətli hərbi təlimlər keçirilir. Gürcü və amerikalı hərbçilərlə yanaşı NATO-ya üzv və tərəfdaş olan doqquz ölkənin hərbçiləri də iştirak edir. Təlimlərin məqsədi iştirakçı ölkələrin silahlı qüvvələrinin döyüş hazırlığının artırılması, qarşılıqlı fəaliyyətinin və əməliyyat imkanlarının təkmilləşdirilməsidir.


Sizin reklam burada
Sizin reklam burada