Paravani aşırımında (Ermənistan sərhədi istiqamətində olan yolda) bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.
News365.az xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları Departamenti məlumat yayıb.
Qurum bildirib ki, çovğuna görə məhdudiyyət dövlət əhəmiyyətli Koda-Parsxisi-Manqlisi-Tsalxа-Ninotsminda avtomobil yolunun 94-cü kilometrindən 110-cu kilometrinədək olan hissəsində (Paravani aşırımı) tətbiq olunur