Dünən paytaxtın Nizami rayonu ərazisində mənzildə güllələnmiş meyiti tapılan Nicat Quliyev dövlət qurumlarının birinin əməkdaşı imiş.
News365.az-ın məlumatına görə, Nicat qurumda məsul vəzifələrdən birini tutub.
Mərhumun anası Mətanət Quliyeva isə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidenti akademik İsa Həbibbəylinin baldızıdır. Filologiya üzrə fəlsəfə doktoru olan M.Quliyeva Naxçıvan Dövlət Universitetinin dosenti və kafedra müdiridir.
Hadisəyə gəlincə, Nicat Quliyevin özünə silahla atəş açaraq həyatına qəsd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
***
News365.az-ın məlumatına görə, hadisə dekabrın 8-i saat 22 radələrində Nizami rayonu M.Şərifli küçəsi ev 4 mənzil 26-da baş verib.
Naxçıvan şəhər sakini 1986-cı il təvəllüdlü Nicat Afət oğlu Quliyev kirayədə yaşadığı mənzildə odlu silahdan baş nahiyəsinə atəş açaraq həyatına son qoyub.
Faktla bağlı Nizami Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. /// qafqazinfo
