Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
News365.az xəbər verir ki, hadisə rayonun Üç Təpə kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, “VAZ 21-07” markalı avtomobillə yük maşını toqquşub.
Qəza zamanı 16 yaşlı yeniyətmə T. Babakişiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma başlanılıb. (Qafqazinfo)