Geomaqnit qasırğası gözlənilir?

Geomaqnit qasırğası gözlənilir?
13 Yan 2025 19:30

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.


Rəsədxanadan news365.az-a bildirilib ki, Günəşin fəallığı nisbətən zəifləyəcək. Hazırda Günəş küləyinin sürəti normaldır.


Yanvarın 13-19-da C sinif alışmanın başvermə ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın başvermə ehtimalı 40 faiz, X (R3) sinif alışmanın başvermə ehtimalı isə 10 faiz təşkil edir.


Günəş küləyinin mənfi qütblü yüksəksürətli tac dəliyi axınlarının təsiri ilə yanvarın 14-15-də yüksəlməsi ehtimalı var. Geomaqnit sahəsinin sakit və qeyri-stabil səviyyələrdə olacağı proqnozlaşdırılır, geomaqnit qasırğası gözlənilmir.


Youtube kanalımız