Xəzər rayonu, Binə qəsəbəsində orta məktəbin hasarı aşıb.
Bu barədə News365.az-a yerli sakinlər məlumat verib.
Məlumatda deyilir ki, hadisə qəsəbədəki Laçın rayonunun ümumi orta məktəbində baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Ancaq uçmuş hasarla bağlı heç bir tədbir görülmür.
News365.az-ın əməkdaşı Pərviz İsmayılovun lentə aldığı videonu təqdim edirik:
Məktəbin direktoru Əmrahov İmran Bəhlul oğlunun sözlərinə görə bu məktəb neft qazçıxarma idarəsinin balansındadır. Yaxın günlərdə təmir ediləcək.