ABŞ ölkədə quş qripinin yayılması səbəbindən yumurta qıtlığı ilə üzləşib. Qıtlıq daha bir neçə ay da davam edə bilər. Bu barədə CNN məlumat yayıb.
"Amerikanın ərzaq bazarları yumurta qıtlığı ilə üzləşib və vəziyyət bir neçə ay yaxşılaşmaya bilər. Hədsiz dərəcədə artana yoluxucu quş qripi yumurta bazarında sabitliyi pozub", -nəşr yazıb.
Telekanalın məlumatına görə, ABŞ-də yumurtanın maya dəyəri noyabrın əvvəli ilə müqayisədə dekabrın sonunda 25% artıb. Hazırda ölkədə bir çox yumurtanın orta qiyməti 4,33 dollardır.
Tural