Rauf İsfəndiyarovun köməkçisinə də cinayət işi açıldı

Rauf İsfəndiyarovun köməkçisinə də cinayət işi açıldı
14 Yan 2025 15:33

Sabunçu rayonu 21 saylı Birləşmiş şəhər Xəstəxanasının həbsdə olan keçmiş baş həkimi Rauf İsfəndiyarovun köməkçisi də cinayət məsuliyyətinə cəlb edilib.

News365.az-ın məlumatına Məhərrəm Məhərrəmov Rauf İsfəndiyarovla müştərilər arasında “körpü” yaradıb. Həmin adamlar da əlillik dərəcəsi, sosial müavinət və sair almaq üçün Məhərrəmin köməkliyi ilə baş həkimə rüşvət veriblər.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən M.Məhərrəmova Cinayət Məcələsinin 32.5, 311.3.3 (külli miqdarda rüşvət almağa ömək etmə) və digər maddələri ilə ittiham verilib. Onun barəsində məhkəməyə qədər həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, R.İsfəndiyarovun da məhkəməsi davam edir. O, həbsdə mühakimə edilir.


Youtube kanalımız