Lavrov: "Zurabişvili vədini yerinə yetirmədi"

Lavrov: "Zurabişvili vədini yerinə yetirmədi"
14 Yan 2025 15:16

Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili səlahiyyət müddəti başa çatdıqdan sonra da ölkə rəhbəri kimi qalmaq vədini yerinə yetirə bilməyib. Rusiya nediasının yaydığı məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Salome Zurabişvili səlahiyyət müddəti başa çatdıqdan sonra da Gürcüstan prezidenti postunda qalacağına söz vermişdi. Lakin o sonra sakitcə getdi və Amerikanın beyin mərkəzində işə düzəlib”, - Rusiya XİN rəhbəri bildirib.

Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti Amerikanın Makkeyn İnstitutunda Kissincer stipendiyası alır. İnstitutun icraçı direktoru Evelina Farkasın sözlərinə görə, Zurabişvili Kissincer Təqaüdünü siyasi cəsarətini və dövlət idarəçiliyi ideallarını təcəssüm etdirir.

Tural


Youtube kanalımız