Kiyev daha 2 yaşayış məntəqəsini itirdi

Kiyev daha 2 yaşayış məntəqəsini itirdi
14 Yan 2025 15:39

Rusiya hərbi qulluqçuları qondarma Donetsk Xalq Respublikasının (DXR)  Ternı və Neskuçnoye yaşayış məntəqələrini zəbt ediblər.

Bu barədə Rusiya mediası məlumat yayıb. Saytlar Rusiya Müdafiə Nazirliyinə istinad ediblər.

Qeyd edilib ki, yanvarın 13-də Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələrinin "DXR"in Pesçanoye kəndini azad etdiyi barədə məlumat yayıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız