Elm və Təhsil
Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və
proqnozunu açıqlayıb.
Rəsədxanadan
News365.az-a bildirilib ki, Günəşin
fəallığı nisbətən zəifləyəcək. Hazırda Günəş küləyinin sürəti normaldır.
Yanvarın 14-19-da
C sinif alışmanın başvermə ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın başvermə
ehtimalı 40 faiz, X (R3) sinif alışmanın başvermə ehtimalı isə 10 faiz təşkil
edir.
Günəş küləyinin
mənfi qütblü yüksəksürətli tac dəliyi axınlarının təsiri ilə yanvarın 14-15-də
yüksəlməsi ehtimalı var. Geomaqnit sahəsinin sakit və qeyri-stabil səviyyələrdə
olacağı proqnozlaşdırılır, geomaqnit qasırğası gözlənilmir.
Qeyd edək
ki, geomaqnit qasırğası meteohəssas, yaşı 50-dən yuxarı olanlar və hər hansı bir xəstəliyi
olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə,
ürəkbulanma, əzələ və oynaqlarda ağrı, eləcə də yuxusuzluq halları baş verə bilər.
Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon,
kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.
Məsələ ilə bağlı News365.az-a danışan
həkim Rasif Bağırov həmin günlərdə bəzi
insanların səhhətlərinə qarşı çox diqqətli olmalarını vacib hesab edir:
“Belə günlərdə müəyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları
müşahidə olunur və belə hava əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi
təsir göstərir.
Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan,
bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara belə hava pis təsir edir.
Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər. Belə hava
hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər.
Ona görə də bu günlərdə 50 yaşından yuxarı və qan təzyiqindən əziyyət çəkən
insanlar bir qədər diqqətli olmalıdırlar”.
News365.az