Gəncədə 15 yaşlı şagirdin müəmmalı intiharı – Eyni məktəbdən daha bir faciə

Gəncədə 15 yaşlı şagirdin müəmmalı intiharı – Eyni məktəbdən daha bir faciə
12:30
İlkin müayinələrdən sonra Ü.Niftəliyevin təmir sexində intihar etməsi müəyyən edilib.

Onun sosial şəbəkə səhifəsində depressiv paylaşımlar etməsi, dünən də bu məzmunda post paylaşması məlum olub.
***
Dünən Gəncədə “Mahsara bağları” adlanan ərazidəki avtomobil təmiri sexində 15 yaşlı oğlanın me*yiti tapılıb.
Ümid Niftəliyev Gəncə şəhər S.Vəliyev adına 34 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi imiş.
Onun təmir sexində qardaşının yanında usta köməkçisi kimi işlədiyi və orada müəmmalı şəraitdə ö*ldüyü bildirilib.
Qeyd edək ki, ötən ay Gəncədə istifadəsiz qalmış binadan yıxılaraq ö*lən 18 yaşlı Elgün İbrahimov da sözügedən məktəbdə təhsil alırdı.

Sizin reklam burada
Sizin reklam burada