“Google Gemini” Azərbaycan dilində istifadəyə verilib.
News365.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Bildirilib ki, 2024-cü ildən etibarən “Google Gemini” dünyanın aparıcı süni intellekt əsaslı çatbotlarından biri olub. “Google Gemini”nin Azərbaycan dilində qlobal istifadəyə verilməsi ABŞ ilə Azərbaycan arasında texnologiya və innovasiya sahəsində artan tərəfdaşlığı əks etdirir və 2025-ci ilin avqust ayında süni intellekt üzrə əməkdaşlığı vurğulayan ikitərəfli sazişə əsaslanır.
“Gemini 3”ün qlobal təqdimatı çərçivəsində Azərbaycan dili əlavə olunan 23 yeni dildən biridir ki, bu da ölkənin qlobal rəqəmsal ekosistemdə rolunu önə çıxarır. Tam internet və mobil dəstəklə “Gemini” öyrənmə, yaradıcılıq və məhsuldarlıq üçün yeni imkanlar yaradır. Və artıq Azərbaycan dilində əlçatandır. İnnovasiyanın gələcəyi buradadır və o, Azərbaycan dilində danışır”, - məlumatda vurğulanıb.