Fransa səfiri Rusiya XİN-ə çağırıldı

Fransa səfiri Rusiya XİN-ə çağırıldı
09 Apr 2025 12:45

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşı Fransanın Sərhəd Xidməti tərəfindən saxlanılıb, onun kompüteri və telefonu müsadirə edilib.

News365.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

Onun sözlərinə görə, bununla yanaşı, Fransa tərəfindən əməkdaşa vaxtında viza verilməyib.

Moskva Parisdən izahat tələb edib, Fransa səfiri Rusiya XİN-ə çağırılıb.


Sizin reklam burada
Sizin reklam burada