Wolfgang Beltracchi adlı bu alman rəssam məşhur rəssamların stillərini istifadə edərək yeni əsərlər yaradırmış. O, yoldaşı ilə birgə həmin əsərləri orijinal və qədim bir rəsm əsəri adı ilə satırmış.
Maraqlıdır ki, Wolfgang o qədər peşəkar iş görüb ki, uzun müddət muzeylər, bu işin mütəxəssisləri və alıcılar əsərlərin orijinal rəssamların əsəri olmadığını başa düşməyib.
News365.az xəbər verir ki, 2011-ci ildə 14 əsəri təqlid etməsi səbəbilə Wolfganga 6 il həbs verildi. Kişi 3 il yatıb çıxandan sonra yoldaşı ilə birlikdə ölkədən köçüb. Hazırda milyonçu kimi İsveçrədə həyatına davam edir və artıq rəsmlərini öz imzası ilə çəkir.
Wolfgang Beltracchi 50-dən çox rəssamı təqlid edib və satdığı əsərlərdən 100 milyon dollardan çox pul qazanıb.