“Ferit” onlarla birgə seriala çəkilir

“Ferit” onlarla birgə seriala çəkilir
14:06

Türkiyənin məşhur seriallarından olan “Yalı çapkını”nın “Ferit”i Mert Ramazan Demir “Disney plus”un yeni layihəsində rol alacaq.

News365.az “Onedio”ya istinadən xəbər verir ki, Miray Danerlə baş rolları paylaşacaq olan Demirin “Bize bir şey olmaz” adlı layihəsinə yeni simalar daxil olur.

Belə ki, serialın heyətində aktrisa Nazlı Çetin də rol alacaq. O, “Lal” obrazını canlandıran Danerin “Meriç” adlı ən yaxın rəfiqəsinə həyat verəcək.

Qeyd edək ki, Nazlı Çetin daha əvvəl “Bir zamanlar İstanbul” serialında da rol alıb.






Sizin reklam burada
Sizin reklam burada