Fəhlə krandan yelləncək kimi istifadə etdi - VİDEO

Fəhlə krandan yelləncək kimi istifadə etdi - VİDEO
11:30

Rusiyada maraqlı hadisə baş verib. Rusiyanın Primorsk bölgəsində kran operatoru bir kişini (çox güman ki dostunu-red) tikinti texnikasına mindirib. O isə krandan yelləncək kimi istifadə edib. Bu barədə Amur Mash Telegram kanalı məlumat yayıb.


"Uyutnaya küçəsindəki Solovey Klyuçda tikinti gedir. Fasilə zamanı işçilər bacardıqları qədər əylənirlər. Onlar yüksəkliklərə belə qalxır və havada əylənirlər", - məlumatda deyilir.


Hadisə şahidləri görüntüləri videoya çəkərək sosial şəbəkələrdə paylaşıblar. Video sosial şəbəkələrin Rusiya seqmentində geniş müzakirələrə səbəb olub. Kadrlarda krana bərkidilmiş platformada uzanan bir adam görünür. Eyni zamanda, tikinti texnikası da Primorye sakinini yelləyir.


Tural


Sizin reklam burada
Sizin reklam burada