Fatiməyə cinayət işi açılacaq

Fatiməyə cinayət işi açılacaq
14:36
"Fatimənin işi çətinləşir. Bundan sonra ona cinayət işi açılacaq və ölkədən çıxışına qadağa qoyulacaq".
 
News365.az xəbər verir ki, bunu Nazilə Səfərli deyib.
 
"Tarixin bir günü" verilişində danışan Nazilə Fatimənin hələ də ondan üzr istəmədiyini bildirib:
 
"Fatimə hələ də məhkəmənin qərarını yerinə yetirməyib. Mən qalib gəlmişəm, Fatimə məndən üzr istəməli və haqqımda dediklərini təkzib etməlidir. Bunu etmədiyi üçün də bu yaxınlarda min manat cərimələnib. Bundan sonra isə işi lap çətinləşəcək. Çünki zaman dolub, ona cinayət işi açılacaq və ölkədən çıxışına qadağa qoyulacaq".
 
Xatırladaq ki, tərəflər arasında münaqişə uzun illər öncə başlayıb. Buna səbəb isə Fatimənin Nazilə haqqında "Mənim dükanımdan rəqqasə geyimi götürüb toya getmisən. Kimlərin qabağında oynamısan?" sözlərinə görə başlamışdı. (AZXEBER.COM)

Sizin reklam burada
Sizin reklam burada