Bir qrup Ukrayna əsgəri Kursk vilayətində Rusiya Silahlı Qüvvələrinə (VS RF) təslim olmaq qərarına gəlib. Bu barədə yerli media məlumat yayıb. Saytlar Rusiya Müdafiə Nazirliyinə istinad ediblər.
“Kursk vilayətində mühasirəyə alınmış, xeyli canlı qüvvə və silah itkisi verən Ukrayna Silahlı Qüvvələri (VSU) qarnizonunun hərbi qulluqçuları Rusiya bölmələrinə təslim olmaqda davam edir. Kursk avantürasının bütün iştirakçıları- karyera quran zabitlərdən tutmuş sıravi əsgərlərə qədər hər kəs əsir kimi təslim olur”, - Müdafiə Nazirliyi bildirib.
Müdafiə Nazirliyi xatırladıb ki, "Sever" qoşun qruplaşmasının hərbçiləri Ukrayna əsgərləri təslim olduqları halda onların həyatına və beynəlxalq hüquq normalarına uyğun olaraq layiqli rəftarına zəmanət verirlər.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural