Evlənmək istəyənlərin sayı azalıb

Evlənmək istəyənlərin sayı azalıb
17 Yan 2025 16:42

Ötən ilin 11 ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 46146 nikah qeydə alınıb.

News365.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, hesabat dövründə 19597 boşanma halları qeydə alınıb.

2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb.

Boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.